04:57
(077) 610-22-33

İlham Əliyev Şamaxıya gedib

  • >
437 16 May 2013 15:12 | Siyasət

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfər edib.

Dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, uşaq-əyləncə guşələri qurulub.

AzNews.az
Bağla X