20:57
(077) 610-22-33

Bütün Qafqazın şeyxinin Tehran səfərinin detalları - VIDEO

  • >
319 19 May 2013 21:06 | Siyasət

Xalidə Xalid azadlıqda! İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi və onun sürücüsü Şamxal Hüseynovun azadlığa buraxılması ilə bağlı xoş xəbər məhz bu günə təsadüf edib.

ANS-in İran bürosunun verdiyi xəbəri artıq İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də təsdiqləyib. Bu xoş xəbərin ilk soraqçısı isə İranda səfərdə olan ANS-in təmsilçilərinə müsahibə verən bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi olmuşdu. Xatırladaq ki, aprelin 30-unda İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov saxlanılmışdılar.

Saxlanılan hər iki vətəndaşımızın azadlığa buraxılması, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri müddətinə təsadüf etdi. Bu gün nümayəndə heyətini İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi qəbul edib. Ali dini lider Azərbaycan nümayəndə heyətini ana dilində, yəni azərbaycanca salamlayıb. İki ölkənin əlaqələrinin hazırki vəziyyətinə toxunub. Bu gün nümayəndə heyətinin digər İran rəsmiləri ilə də görüşləri baş tutub. Daha ətraflı "Hesabat"a qonşu ölkədə olan Mirşahin Ağayev məlumat verib.


AzNews.az

image description image description image description
Bağla X