05:35
(077) 610-22-33

YAP-çı deputat Milli Şuranı ələ saldı

  • >
286 29 May 2013 12:01 | Siyasət

AYDIN MİRZƏZADƏ YENİ YARANAN QURUMUN “FATİHƏSİNİ” VERDİ



"Milli Şuranın adı elan olunsa da, tərkibi elan olunmadı. Çoxdan reklam olunan müxalifətin layihəsi cəmiyyətə yarımçıq şəkildə təqdim olundu. Bu yeni təsisat nə milli, nə də şura olduğuna görə, belə də yaranmalı idi".

AzNews.az-ın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, əgər bu cəmiyyətin Milli Şurası idisə, bütün siyasi qüvvələri bir araya gətirmək cəhdi olmalı idi, amma göründüyü kimi, orada müxalifətin bir neçə qanadı təmsil olunub:

"Həmçinin cəmiyyətin nüfuzlu ziyalıları orada yoxdursa və cəmiyyət tərəfindən soyuq qarşılandısa, şura funksiyası rolunu yerinə yetirə bilməz".

Deputat müxalifətin müəyyən dairələrinin bu yeni strukturdan qarşıdan gələn prezident seçkilərində məhz özünün sosial bazası kimi istifadə etmək istədiyinin əvvəlcədən məlum olduğunu qeyd edib: "Buna görə də nə tərkib barədə razılığa gəlmək mümkün olur, nə də rəhbərlik var".

A.Mirzəzadə deyib ki, iddialı müxalifət liderinin heç biri qarşıdan gələn prezident seçkilərində digərinə qətiyyən güzəştə getməyəcək:

"Hesab edirəm ki, Milli Şura yaranmamış iflasa uğrayan layihədir. Qarşıdan gələn müddətdə əvvəlki müxalifət birlikləri kimi burada da qarşıdurmanın, ittihamların, sonda isə təşkilatın fəaliyyətinin dayandırılmasının şahidi olacağıq. Çünki, müxalifətin təqdim etdiyi Milli Şuraya cəmiyyətin sosial sifarişi yoxdur".

Anar
AzNews.az

Bağla X