18:09
(077) 610-22-33

“El” hərəkatı Əli Əliyevə cavab verdi

  • >
333 1 İyun 2013 17:29 | Siyasət

Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev AzNews.az-a açıqlamasında Milli Şura ideyasının müəllifi, rejissor Rüstəm İbrahimbəyovu ifşa edəcəyini bildirib. O deyib ki, "Kremlin divarları arxasında gizlənmək kişiyə yaraşan hərəkət deyil".

Bu açıqlamaya "El" hərəkatında ciddi reaksiya gəlib. Ali Məclis sədri Eldəniz Quliyev AzNews.az-a deyib ki, partiya sədrinin bu cür açıqlama ilə çıxış etməyə haqqı çatmır:

"Hər halda Kremlin divarları arasında gizlənmək, onun təbrincə desək, Prezident Aparatının koridorunda boynun büküb, yalvarmaqdan daha yaxşıdır. Ağac kölgəsində yatan adam elə bilir ki, öz kölgəsində yatıb. Əli Əliyev burada gücündən, qabiliyyətindən, hətta boyundan böyük danışıb".

"El" hərəkatının digər üzvü Zəfər Quliyev isə partiya sədrini mövqesizlikdə və məntiqsizlikdə suçlayıb: "Əslində, Əli Əliyevin fikirsizliyinə fikir bildirməyə, onun mövqesizliyində mövqe axtarmağa ehtiyac yoxdur".

Bahar Rüstəmli
AzNews.az

Bağla X