14:10
(077) 610-22-33

Şairlərimizi İranda son dəfə görən şəxs danışdı - Eksklüziv

  • >
992 1 Avqust 2012 18:34 | Siyasət

Şairlər həbs olunmazdan əvvəl Şəhriyarın oğlu Hadi ilə görüşüb

İranda keçirilən şeir festivalına gedən, lakin bu ölkənin həbsxanasına salınan azərbaycanlı yazarlar zindana salınmazdan öncə "Şəhriyarın ev muzeyi"ndə olublar. Burada gənc şairlər Şəhriyarın oğlu Hadi Şəhriyarla da görüşüblər.

Sözügedən görüşlə bağlı AzNews.az-ın əməkdaşı Hadi Şəhriyarla əlaqə saxlayıb. Hadi Şəhriyar bildirib ki, azərbaycanlı yazarlarla muzeydə təsadüfən tanış olub. Onun sözlərinə görə, Bakıdan gəldiklərini bildirən gənclərlə muzeyin zirzəmisində söhbətləri olub: "Mən onları muzeydə təsadüfən gördüm. Bakıdan gəldiklərini və şeir festifalında iştirak edəcəklərini bildirdilər. Muzeydə qarışıqlıq olduğuna görə biz həmişə qonaqlarla zirzəmidə otururuq. Onlarla da zirzəmiyə enib bir az ordan-burdan danışdıq. Bakılı qonaqlar Şəhriyar barədə onları maraqlandıran bir neçə sual verdilər. Bir neçə lirik şeir də deyib, getdilər".


Gültəkin Gültən

AzNews.az


Bağla X