10:37
(077) 610-22-33

Bahar Muradova: “ATƏT-in Minsk qrupu imkanlarından istifadə etmir”

  • >
601 13 Avqust 2012 16:32 | Siyasət


Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova mətbuata açiqlamasında Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında ATƏT-in imkanlarının geniş olduğunu bildirib: "ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün böyük imkanları var, amma bu imkanlardan istifadə etmir".

AzNews.az-a açıqlamasında B.Muradova qeyd edib ki, işğalçı Ermənistana təzyiqlər göstərilmədiyi üçün bu qurumun fəaliyyəti Azərbaycan cəmiyyətində narazılıq doğurur. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycana və digər bölgə dövlətlərinin inkişafına təsir göstərir.

"Bir müddət öncə bölgədə səfərdə olan ATƏT-in baş katibinin fikirlərinə toxunan vise-spiker bu kimi fikirlərin narazılıq doğurduğunu vurğulayıb: "ATƏT-in baş katibi bölgədə səfərdə olarkən bəyan etdi ki, hər hansı tərəfə təzyiq etmək fikrimiz yoxdur. Necə ola bilər ki, beynəlxalq hüququn prinsiplərini pozan işğalçı tərəfə "sən bunu etmisən" demək istəməyəsən? Yəni bu kimi yanaşmalar Azərbaycan cəmiyyətində narahatlıq doğurur".

Gültən
AzNews.az

Bağla X