17:48
(077) 610-22-33

Əli Kərimli Müsavatı öhdəlikdən imtinada ittiham etdi

  • >
421 9 Yanvar 2014 11:13 | Siyasət

AXCP sədri Əli Kərimli Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra bu qurumda baş verənlərə münasibət bildirib.

AzNews.az-ın xəbərinə görə, AXCP sədri bu barədə "Facebook" səhifəsində qeyd edib.

O qeyd edib ki, Milli Şuranın təsis sənədi olan bəyannamədən bu hissəni mütləq yenidən oxumaq lazımdır: "Bütün bunları nəzərə alaraq, biz, bu sənədi imzalayanlar

- Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək;

- Demokratiyaya keçid dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq;

- Hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının, vətənimizin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq;

- Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında - Demokratik Qüvvələrin Milli Şurasında (bundan sonra Milli Şura) birləşdiyimizi bəyan edirik.

Bildiririk ki, əsas məqsədimiz Azərbaycan Konstitusiyasının 1-ci maddəsinin "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" müddəasına uyğun olaraq, xalqın həqiqətən də hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmiş hakimiyyətini özünə qaytarmağa nail olmaqdır."

Necə iddia etmək olar ki, Milli Şuranın hədəfi müəyyənləşməyib? Necə iddia etmək olar ki, Milli Şura prezident seçkilərində iştirak etmək üçün yaranmışdı?

Belə bir sənədi qəbul etmək, bu sənədin əsasında digərləri ilə birlikdə təşkilat yaratmaq həm də üzərinə məsuliyyət götürmək deməkdir. Belə iddialı məqsədlərlə yaradılan təşkilatın(MŞ-nın) təsisçisi olmaq həm də tərəfdaşlar və bütövlükdə xalq qarşısında üzərinə müəyyən öhdəliklər götürmək deməkdir.

O öhdəliklərdən yarı yolda imtina etmək olmaz. Ona görə də AXCP-nin Milli Şuraya dəstəyi davam edir. Məqsədin böyüklüyü, prosesin çətinliyi bizi qorxutmur. Belə bir ülvi məqsədlə-xalqımızın zəbt edilmiş hakimiyyətini özünə qaytarmaq məqsədilə çətin bir yola çıxmağımızdan peşman deyilik. Bu yolu sona qədər getməyə hazır olanlarla yola davam edəcəyik".

AzNews.az
Bağla X