02:37
(077) 610-22-33

İsveçrə prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib - FOTO

  • >
595 23 Yanvar 2014 19:44 | Siyasət

Azərbaycan prezidenti İlham Əliyev bu gün Davosda İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirilib və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycanın sürətli iqtisadi inkişafının ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib, qarşılıqlı investisiyaların bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


AzNews.az
Bağla X