İlham Əliyev “Microsoft International”un prezidenti ilə görüşdü

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb.

Görüşdə Azərbaycan ilə "Microsoft International" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirilib. Həmçinin "Microsoft"un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulanıb.

AzNews.az