Milli Şuranın komissiya sədrləri toplanacaq


Demokratik Qüvvələrin Milli Şurasının komissiya sədrlərinin iclası keçiriləcək.

Milli Şuranın Hüqüq komissiyasının sədri Vidadi Mirkamalın AzNews.az-a verdiyi məlumata görə, iclas yanvarın 25-də AXCP qərargahında baş tutacaq.

İclasın gündəliyinə Milli Şuranın komissiyalarının işinin təşkili və fəaliyyət istiqamətləri müzakirə olunacaq.

Bahar Rüstəmli
AzNews.az