05:39
(077) 610-22-33

Fəhmin Hacıyev Rusiyaya qarşı aksiya təşkil edir – Kiyev

  • >
2 135 14 Mart 2014 08:59 | Siyasət

Azərbaycanın Daxili Qoşunlarının sabiq komandanı, hazırda Ukraynada yaşayan Fəhmin Hacıyev Kiyev şəhər hərbi komendatına rəhbərlik etdiyi Azərbaycanlıların Müstəqil Beynəlxalq Birliyi adından müraciət edib.

AzNews.az-ın məlumatına görə, müraciətdə təşkilatın Rusiyanın Ukraynadakı səfirliyinin binası qarşısında etiraz aksiyasının keçirilməsinə şərait yaradılması xahiş olunub.

Müraciətdə o da qeyd olunub ki, təşkilat Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətini pisləyir və Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə yönələn bütün addımlara etiraz edir. Aksiya bu gün yerli vaxtla saat 12:00-14:00-qədər keçiriləcək.



Məhəmməd
AzNews.az
Bağla X