22:20
(077) 610-22-33

“Türkiyədə xalqın iradəsi qalib gəldi” - Azərbaycan müxalifəti

  • >
927 31 Mart 2014 12:58 | Siyasət


"Seçkidən əvvəl bütün təlatümlərə baxmayaraq, xalqın iradəsi qalib gəldi". Bunu AzNews.az-a açıqlmasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin yekunları haqqında danışarkən deyib. O bildirib ki, bütün tənqidlərə baxmayaraq, Ərdoğanın rəhbərlik etdiyi partiyanın qalib gəlməsi təbii qəbul olunmalıdır.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Türkiyədəki seçkilərdə demokratik dəyərlərə riayət olunduğunu söyləyib. ALP sədrinin sözlərinə görə, Türkiyə beynəlxalq ictimaiyyətə bir daha demokratik seçki keçirməyə qadir olduğunu nümayiş etdirib: "Türkiyədə bələdiyyə seçkiləri çox gərgin keçdi. Lakin bütün təxribatlara və digər çətinliklərə baxmayaraq, Türkiyə cəmiyyəti necə demokratik olduğunu dünyaya göstərə bildi".

Bahar
AzNews.az
Bağla X