İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edildi- FOTOLAR

Aprelin 9-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

AzNews.az xəbər verir ki, hər iki dövlətin bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran prezidenti Həsən Ruhani prezident İlham Əliyevi qarşılayıb. Azərbaycanın və İranın dövlət himnləri səslənib.

Daha sonra fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Rəsmi qəbuldan sonra, prezidentlər birgə foto çəkdirib.


AzNews.az
image description image description image description image description