19:22
(077) 610-22-33

Fəzail İbrahimli: “Müharibəni Azərbaycan başlaya bilər”

  • >
626 6 Sentyabr 2012 12:54 | Siyasət

"Ermənistan tərəfi çaşqınlıq vəziyyətdə çabalayır". Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli AzNews.az-a deyib. O bildirib ki, Ermənistanın Ramil Səfərovdan sonra Beynəlxalq imicinin itirilməsi onsuz da qeyri-sabit olan siyasi situasiyanı gərginləşdirib: "İqtisadi böhran içində boğulan hakimiyyət bəyanat verməklə məşğuldur. Qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması barədə müzakirələr aparıla bilər, amma onun tanınması qeyri-mümkündür. Əgər bu baş verərsə, Ermənistan üçün yaxşı olmaz. Çünki o bunu etməklə terrorizmi dəstəkləyən bir ölkə kimi çıxış edir".

Millət vəkili vurğulayıb ki, Ermənistan heç vaxt müharibə edə bilməz: "Buna Ermənistanın haqqı çatmır. Müharibəni Azərbaycan başlaya bilər. Ermənilər çalışır ki, işğal etdiyi torpaqlarda onların müddəti uzansın. Onlar bilir ki, Azərbaycan gec-tez torpaqlarına sahib çıxacaq. Ermənistanın müharibə etmək kimi gücü yoxdur. Həm iqtisadi, həm də hərbi baxımdan Ermənistan dövləti çox zəifdir".

İlkin
AzNews.az
Bağla X