08:28
(077) 610-22-33

Sabah ölkədə hava necə olacaq?

  • >
518 9 Sentyabr 2012 13:10 | Siyasət

Xəbərdarlıq Sentyabrın 10-12-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5° aşağı enəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir



Bakıda və Abşeron yarımadasında

havanın buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-20°, gündüz 22-25° isti olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcəkdir. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında

şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 14-19°, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında

şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 10-15°, gündüz 20-22° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında


şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında

şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 19-21°, gündüz 23-27°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.

AzNews.az
Bağla X