01:04
(077) 610-22-33

Ərdoğan cəbhədəki vəziyyətlə bağlı İlham Əliyevə zəng etdi

  • >
2 502 3 Avqust 2014 18:46 | Siyasət

Avqustun 3-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzNews.az-ın məlumatına görə, Türkiyənin Baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib və bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına və göstərilən diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin Baş nazirinə və Türkiyə xalqına minnətdarlığını bildirib.

Söhbət zamanı Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.

AzNews.az
Bağla X