22:25
(077) 610-22-33

Müsavat Məclisinin üzvü: “Mətbuata daxili məsələlər sızdırılır”

  • >
811 20 Avqust 2014 14:24 | Siyasət

“Əgər kimsə hesab etsə ki, partiyadaxili hər hansı məsələ ictimai müzakirəyə çıxarılmalıdır, bunu öz dili və imzası ilə açıqlamalıdır”.


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Gənclər Təşkilatının sədri, Məclis üzvü Əhliman Abbas "Müsavatda başqanlığa namizədlər əlbəyaxa oldu?" yazısına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bəzən Müsavat Partiyasının daxili məsələləri mətbuata şişirdilmiş halda ötürür: "Biz bildirdik ki, o yazılanlar həqiqəti əks etdirmir. Dogrudur ki, bəzən mətbuata daxili məsələlər sızdırılır. Konkret olaraq ad çəkmək çətin olsa da, bunlar adətən konflikti movzuları ictimai müzakirəyə çıxararaq partiyanın imicini zədələməyə çalişan qüvvələrdir. Əslində mən də şəffaflıgın, ictimai müzakirənin tərəfdarıyam, ancaq bunun da anonim edilməsinə qarşıyam".

Bahar Rüstəmli
AzNews.az
Bağla X