Mərkəzi Seçki Komissiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatının ləğv olunması məsələsinə baxacaq. Mərkəzi Seçki Komissiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatının ləğv olunması məsələsinə baxacaq.

Mübariz Qurbanlının mandatına xitam veriləcək

Mərkəzi Seçki Komissiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatının ləğv olunması məsələsinə baxacaq.

AzNews.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədli "Media forum" saytına bildirib ki, bu məsələyə komissiyanın növbəti iclasında baxılacaq.

Qeyd edək ki, iyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib.

Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz.

Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edir.

AzNews.az