Türkiyənin milli müdafiə naziri Bakıya gələcək

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-da Bakıya gələcək.

Bu barədə AzNews.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Türkiyənin müdafiə naziri Bakıda sentyabrın 11-də işə başlayacaq ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq.

Nümayəndə heyətində Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı Müdafiə Sənayesi Katibliyinin (SSM) rəhbəri İsmail Dəmir və bu qurumun əməkdaşları da təmsil olunacaqlar.

AzNews.az