12:07
(077) 610-22-33

Nigar Yaqublu həbsdə qaldı

  • >
853 27 Sentyabr 2012 16:24 | Siyasət

Vəkil: "Bundan sonra onlar Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlar"



Bu gün Sumqayıt şəhər Apelyasiya Məhkəməsində Nigar Yaqublunun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Üç saata yaxın davam edən məhkəmənin sonunda hakimlər N.Yaqublunun vəsaitini rədd ediblər.

Bu barədə musavat.com-a məlumat verən "Yeni Müsavat" qəzeti əməkdaşı Emil Salamoğlunun sözlərinə görə, N.Yaqublunun məhkəmə salonuna gətirilməməsi artıq prosesin yekun qərarının necə olacağını bildirirdi: "Nigar Yaqublunun vəkili nemət Kərimli jurnalistlərə açıqlamasında bildirdi ki, bundan sonra onlar Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlar".

Məhkəmə prosesi qapalı keçirilib. Məhkəmə iclasının davam etdiyi zaman məhkəmə binasının önündə onun hüquqlarını müdafiə komitəsinin üzvləri, müsavatçı fəallar və ictimaiyyət nümayəndələri tolaşıb, Nigar Yaqubluya dəstək ifadə ediblər.

Qeyd edək ki, bu il avqustunda talehsiz avtomobil qəzasına uğrayan müsavatçı fəal bu ayın 11-də həbs edilib, bundan əvvəlki məhkəmə iclaslarında onun ev dustaqlığına buraxılması barədə vəsatətlər rədd edilib.

AzNews.az
Bağla X