01:25
(077) 610-22-33

Eynulla Mədətli “İlin səfiri” oldu- Foto

  • >
2 757 23 Mart 2015 08:29 | Siyasət

Martın 21-də Kiyevdəki “Ukraina” Milli Sarayında “Lyudina roku – 2014” (“İlin adamı – 2014”) XIX ümummilli proqram mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.




Azərtac-ın məlumatına görə, diplomatiya sahəsində "İlin səfiri" beynəlxalq mükafatı nominasiyasında Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli qalib gəlib. "İlin adamı" proqramının Ali Akademik Şurasının sədri, akademik Vladimir Seminojenko E.Mədətliyə diplom və məxsusi sifarişlə hazırlanmış "Prometey–Prestij" heykəlciyini təqdim edib.

E.Mədətli bu mükafata Azərbaycanla Ukrayna arasında humanitar əlaqələrin inkişafında xidmətlərinə görə "İlin adamı" proqramının Ali Akademik Şurasının qərarı ilə layiq görülüb.

Azərbaycan səfiri mərasimdə çıxış edərək onun xidmətlərinin bu cür yüksək qiymətləndirilməsinə görə Ukrayna dövlətinə, "İlin adamı" proqramının Ali Akademik Şurasına təşəkkürünü bildirib. Diplomat çıxışında Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı, "Bakı-2015" birinci Avropa Oyunları haqda danışıb, Oyunlarda iştirak edəcək Ukrayna idmançılarına uğurlar arzulayıb.

Belarusun Ukraynadakı səfiri Valentin Veliçko, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, həmyerlimiz, VIII çağırış Ukrayna Ali Radasının xalq deputatı, parlamentdə Ukrayna – Azərbaycan dostluq qrupunun rəhbəri Roman Nəsirov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin başçısı Elçin Məmmədov, "İlin adamı – 2014" proqramının müəllifi, Ukraynanın tanınmış ictimai xadimi Arkadi Raytsın, rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, diaspor təşkilatlarının rəhbərləri mərasimdə çıxış ediblər.

"İlin investisiyası" nominasiyasında isə həmyerlimiz - Ukraynada yaşayan məşhur sahibkar, "Mandarin Plaza"nın Müşahidə Şurasının rəhbəri Vaqif Əliyev qalib gəlib.

Xatırladaq ki, Litva Prezidenti Dalya Qribauskayte və digər tanınmış şəxslər də müxtəlif nominasiyalarda "İlin adamı – 2014" mükafatlarına layiq görülüblər.

"Birləşmə missiyası" şüarı altında keçirilən mərasim çərçivəsində xeyriyyə aksiyası da təşkil olunub. Aksiyada Azərbaycan səfiri də iştirak edib.

Mərasimdə Ukrayna və digər Avropa ölkələrinin musiqiçilərinin ifasında konsert proqramı təqdim edilib.
Bağla X