13:20
(077) 610-22-33

Adil Əliyev: “O günə elə də çox qalmayıb!“

  • >
6 787 25 Mart 2015 16:11 | Siyasət

“Son vaxtlar cəbhə bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması Ermənistanın təxribatlardan əl çəkmədiyini bir daha ortaya qoyur.


Düşmən ordusunun təxribatları ordumuz tərəfindən aşkar edilərək yerindəcə qarşısı alınır. Artıq Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə düşmən ordusu 20 əsgərini itirib. Baş verənlər onu təsdiq edir ki, Azərbaycan ordusu hər zaman ayıqdır və düşmənin istənilən hücumunu dəf edə bilər".

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev özünün Facebook səhifəsində yazıb.

Millət vəkili yazdığı statusda Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə Fransa mediasına verdiyi müsahibəsinə və cəbhədə cərəyan edən olaylara öz münasibətini bildirib.

"Serj Sarkisyan Fransanın "France 24" telekanalına "Ermənistan müharibədən qorxur, şəxsən mən də qorxuram" sözlərini deyib. Azərbaycan müdafiə naziri Zakir Həsənov isə belə açıqlama verib: "Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədəcə onların 70 faizini məhv edəcəyik. Nə qədər ki, gec deyil, ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər". Məncə, artıq şərhə ehtiyac yoxdur. Novruz bayramı təbrikində Prezident İlham Əliyevin vurğuladığı kimi işğal altındakı bütün torpaqlarımız qaytarılacaq. Dostlar, o günə elə də çox qalmayıb! İnşallah..!", - deyə Adil Əliyev əlavə edib.

Elnur Elturk
Bağla X