Syerra Leonenin paytaxtı Fritaunda torpaq sürüşməsi qeydə alınıb. Syerra Leonenin paytaxtı Fritaunda torpaq sürüşməsi qeydə alınıb.

Torpaq evləri “uddu” – Yüzlərlə insan öldü (Video)

Syerra Leonenin paytaxtı Fritaunda torpaq sürüşməsi qeydə alınıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yüzlərlə insan itkin düşüb. Sürüşmə zamanı onlarla ev torpağın altında qalıb.

Torpaq sürüşməsinə səbəb kimi bölgədə müşahidə olunan aramsız yağışlar göstərilir. Məlumata görə, hadisə zamanı insanlar yatmış vəziyyətdə olublar.

Hadisə yerinə çoxlu sayda xilasedici cəlb olunub. Artıq onlarla insanın meyiti dağıntılar altından çıxarılıb.

Bəxtiyar Abbasov

AzNews.az