Ötən həftə “Səni axtarıram” verilişində keçmiş həyat yoldaşından danışan Könül Xasıyevanın toy görüntüləri yayılıb. Ötən həftə “Səni axtarıram” verilişində keçmiş həyat yoldaşından danışan Könül Xasıyevanın toy görüntüləri yayılıb.

“Ayrılsaq da, ölənə kimi sevəcəm...” - Video

Ötən həftə “Səni axtarıram” verilişində keçmiş həyat yoldaşından danışan Könül Xasıyevanın toy görüntüləri yayılıb.

AzNews.az xəbər verir ki, hazırda onurğa iflicindən əziyyət çəkən Xalq artistinin toy görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xasıyeva gec ailə qurmasının səbəbini belə izah etmişdi:

“Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get, həyatını qur yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi”.

Qeyd edək ki, cütlüyün Kazım adlı bir oğlu var.