Ekspert: “Ermənistan əhalisinin sayı 2 milyondan çox olmayacaq“

2050-ci ilə Ermənistanda yaşayan əhalinin sayı 2 milyon nəfərdən çox olmayacaq. Trend-in çərşənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor Gevorq Poqosyan bəyan edib.

BMT-nin proqnozlarına əsasən, 2015-ci ilə Ermənistanda indiki 3 milyon 200 min nəfər əvəzinə təqribən 3 milyon insan yaşayacaq.

Poqosyan bu mənfi tendensiyanı ölkədə doğum səviyyəsinin azalması və güclü miqrasiya axını ilə əlaqələndirib.

Onun sözlərinə görə, Ermənistanda hər il təqribən 35 min uşaq doğulur və bir o qədər də insan ölkəni tərk edir. Ekspert ölkə əhalisinin qocaldığını da əlavə edərək deyib ki, əhalinin 14,6 faizi yaşı 60-dan yuxarı olanlardır.

AzNews.az