Azərbaycan və Türkiyə prezidentləri görüşdü - FOTO

Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Abdullah Gülün görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışılıb. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirilib.

Prezidentlər Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az