Müsəlmanlarla polis arasında qarşıdurma- VİDEO

Gürcüstanda yerli müsəlmanlarla polis arasında baş vermiş qarşıdurmada 20 nəfər saxlanılıb.

Adigeni rayonunun Çala kəndində yerli icra nümayəndəliyi məscidin bir ay bundan əvvəl tikilmiş minarəsini sökmək istəyərkən məscidin həyətinə gələn müsəlmanlar əraziyə buraxılmayıb.

Hadisə yerində olan Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 20 nəfəri polis idarəsinə aparıb. 200 nəfər insan polis idarəsinin qarşısında saxlanılan şəxslərin azad edilməsini, eyni zamanda, zədələnən minarənin bərpa olunmasını tələb edib.





AzNews.az