Məscidlərə “terror təşkilatı“ damğası - Video

Nyu-York polis idarəsi gizli olaraq şəhərdəki bütün məscidlərə "terror təşkilatı" damğası vurub.

Güc strukturunun məxfi şəkildə istiqamət verməsi ilə bundan sonra hər hansı cinayətə dair sübut olmadan da məscidlərdə dini ayinlər qeydə alınacaq, informantrlar ezam olunacaq və imamlar casuslar tərəfindən təqib olunacaqlar.

Nyu-York polis idarəsinin kütləvi casus əməliyyatları qismən mətbuatda yayılan məlumatlar, qismən də "Associated Press"in müxbirləri -Met Apuzzo və Adam Qoldmenin birgə yazdığı "Daxili düşmənlər: Nyu Yorkun məxfi şöbəsində…" adlı kitabın dərc olunması hesabına üzə çıxıb.

Bütöv bir məscidin terror qurumu olaraq göstərilməsi o anlama gəlir ki, artıq məsciddə ibadətə gəlmiş hər bir şəxs potensial təhqiqat obyektinə çevrilir və bu kəşfiyyat üçün bir növ yaşıl işıq göstərir.



AzNews.az