Gülər Əhmədovanın məhkəməsi gecikir

Xəbər verildiyi kimi, bu gün həbsdə olan sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işinə baxılmalıdır. Saat 10.30-da başlamalı olan prosesin hazırlıq iclasının başlanması naməlum səbəblərdən yubanır.

Onun sözlərinə görə, hazırda müəmmalı vəziyyət yaranıb. Məhkəmənin bu gün keçirilməyəcəyini deyənlərlə yanaşı, yaxın saatlarda başlayacağını bildirənlər də var.

Qeyd edək ki, Əhmədova Gülər Mikayıl qızı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.(musavat.com)

AzNews.az