Benzin qiymətinin qalxması xəbərinə rəsmi REAKSİYA

"Yanacağın qiymətinin qalxması ilə bağlı yayılan məlumatlar əsassızdır". Bunu AzNews.az-a Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə də Tarif (qiymət) Şurasının Aİ-92 və Aİ-95 markalı avtomobil benzinin pərakəndə satış qiyməti ilə bağlı məlumat dərc edilib. O bildirib ki, Şurada benzinin pərakəndə satış qiyməti dəyişdirilməyib: "Hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir. Yüksək ekoloji standartlara cavab verən avtomobil benzininin - "Premium Avro-95" və "Super Avro-98" isə nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan yaradılıb".

Artıq "Premium Avro-95" və "Super Avro-98" markalı benzin yanacaqdoldurma məntəqələrində sərbəst qiymətə satılır.

Amid
AzNews.az