Tanınmış rejissor prodüser oldu

Tanınmış rejissor Nail Naiboğlu prodüsser kimi də fəaliyyət göstərəcək.

AzNews.az xəbər verir ki, rejissor gənc müğənni Şəbnəm Əsədovanın piar-prodüseri kimi fəaliyyət göstərəcək.

N. Naiboğlu isə açıqlmasında Ş. Əsədovanın istedadlı ifaçı olduğunu söyləyib: "Onunla iş birliyimizə start verdik. İlk olaraq, klip çəkəcəyik. Planlarımız isə çoxdur".
Qeyd edək ki, N. Naiboğlu bir çox televiziya və başqa layihələrin rejossorudur.

Bahar Rüstəmli
AzNews.az