Mavi qəsəbənin sirri- FOTOLAR

Mərakeşdə bir qəsəbənin bütün evlərinin mavi rəngə boyanmasının səbəbi bəlli olub.

ANS PRESS-in məlumatına görə, Çefçaouen qəsəbəsində çoxlu sayda ağcaqanad olması insanları çıxış yolu tapmağa məcbur edib. Ağcaqanadların mavi rəngdən xoşlanmadığını müşahidə edən qəsəbə sakinləri evlərinin divarlarını maviyə boyayıblar. Bu bölgədə yaşayan xalq ancaq bu şəkildə ağcaqanadları evlərindən uzaq tutmağı bacara biliblər.

Əslində qorunma məqsədilə atılmış bu addım sonda maraqlı bir görüntü yaradıb. Bu isə bölgəyə xüsusi bir vizuallıq gətirib.

Bu qəsəbəyə görə bölgəyə tez-tez turistlər səyahət edirlər. Qəsəbəni gəzən turistlər evləri çəkərək buranın tarixi ilə maraqlanırlar.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description