Xızıda Heydər Əliyev Mərkəzi açıldı- Fotolar

Prezident İlham Əliyev açılışda iştirak edib.


Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb.

Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur. Burada sərgi salonu, kafe, istirahət və digər yardımçı otaqlar var. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri sərgilənir. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək.

Mərkəzə gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
image description image description image description image description