Nəsimi rayonunda sərnişin avtobusu ilə “BMW” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Nəsimi rayonunda sərnişin avtobusu ilə “BMW” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Bakıda avtobus “BMW” ilə toqquşdu - Fotolar

Nəsimi rayonunda sərnişin avtobusu ilə “BMW” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.



APA-nın məlumatına görə, hadisə gecə saatlarında Asif Məhərrəmov küçəsi ilə Alı Mustafayev küçəsinin kəsişməsində yerləşən körpünün altında baş verib.

Sürücü Telman Allahverdiyev idarə etdiyi "82" saylı marşrut xətti ilə hərəkət edən "Daewoo " markalı avtobusla üzü "20 Yanvar" metrosu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtobus qarşısına çıxan, Qorxmaz Əliyevin idarə etdiyi "BMW"-ni vurub. Baş verən qəzada avtobusda olan sərnişinlər xəsarət almasa da "BMW"də olan sərnişin Coşqun Əliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları qəzanı törədən sürücünü idarəyə aparıblar. İlkin ehtimallara görə qəzanın baş verməsinə səbəb sərnişin avtobusunun "BMW"-nin yoluna çıxması olub. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az
image description image description image description