Kerri İŞİD üçün Misirə getdi

ABŞ dövlət katibi Con Kerri Qahirəyə səfər edib.

ANS PRESS-in məlumatına görə, dövlət katibinin səfərinin məqsədi İŞİD terrorçu qruplaşmasına qarşı beynəlxalq koalisiyaya dəstək almaqdan ibarətdir.

Dövlət katibi Misir prezidenti Abdel Fəttah əl-Sisi və Ərəb Liqasının rəhbəri Nabil əl-Arabi ilə görüşəcək.

Qeyd edək ki, İŞİD-ə qarşı beynəlxalq koalisiyaya dəstək üçün Con Kerri İraq, İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər etmişdi.

AzNews.az