İbrahimbəyovun namizədliyi ilə bağlı qərar qəbul edildi

AzNews.az apa-ya istinadən xəbər verir ki, bu gün Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupunun toplantısı keçirilib.

"El" Hərəkatının üzvü Eldəniz Quliyevin sədrliyi ilə mətbuat üçün qapalı keçirilən toplantıda R. İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Təşəbbüs qrupu müvafiq sənədləri hazırlayaraq MSK-ya təqdim edəcək.

AzNews.az