İbrahimbəyovun sənədləri MSK-ya təqdim ediləcək

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya sabah təqdim olunacaq.

Bu barədə məlumatı AzNews.az-a Milli Şuranın üzvü Eldəniz Quliyev verib. Onun sözlərinə görə, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri avqustun 14-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq: "İbrahimbəyovun təşəbbüs qrupu seçki sənədlərini bu gün imzalayacaq. Sənədlər hazır olduqdan sonra MSK-ya təqdim ediləcək."

Bahar
AzNews.az