“Putinin səfəri rəsmi Bakıya bir mesajdır“

Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, o, bu səfərin dostluq səfərindən daha çox ölkəmizə bir mesaj olduğunu vurğulayıb:

"Rusiya ilə Azərbaycan arasında münasibətlərin çox sərin olduğu açiq şəkildə görünür. Rusiyanın biri-birinin ardınca atdığı bir necə addımlar -Qəbələ RLS –nin istismarından imtina, Novorasiski neft kəmərindən Azərbaycan neftinin ixracının dayandırılması, Azərbaycana silah satışından imtina edilməsi, Milyarderlər ittifaqının yaradılması və bu təşkilatın Azərbaycanla bağlı fəaliyyəti rəsmi Bakıya təzyiqlərin ilkin göstəriciləri idi. Rusiyanın ölkəmizdən konkret istədikləri var- Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Birliyinə qoşulması. Rəsmi Moskva bu istəyinə nail olmaq üçün ölkəmizə təzyiqlərini daha da artıraçaq. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hərbi gəmilərin müşaiətilə səfəri əslində dostluq səfərindən daha çox rəsmi Bakıya bir mesajdır.

Güc nümayişilə acıq təziqdir. Azərbaycanı NATO və Avropaya inteqrasiyadan cəkindirməkdir. Dostluq səfəri ağır artireliya, raket daşıyan hərbi gəmilərin müşayiətilə olmaz. Bu istiqamətdə Rusiya seçkiöncəsi vəziyyətdən də yararlanır ".

AzNews.az