Gürcüstanda icra başçısının yeni müavini azərbaycanlı oldu- FOTO

33 yaşlı Tiflis şəhər sakini, milliyyətcə azərbaycanlı Ramin İsmayılov Marneuli rayon icra hakimiyyəti başçısının müavini təyin edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni vəzifəyə təyin olunmamışdan əvvəl R. İsmayılov Marneuli rayon polis idarəsi rəisinin müavini vəzifəsində işləyib. O, 1998-2002-ci illərdə Gürcüstan Polis Akademiyasını bitirib.

R.İsmayılov 2002-ci ilin sentyabr ayından 2013-cü ilin avqust ayınadək Gürcüstan daxili işlər orqanlarında şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışıb. Ailəlidir, bir övladı var.

AzNews.az