• 16 Avqust 2013 09:30
  •  4 194

“Öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm“- İlham Əliyev

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr elə etməlidir ki, yaşadığımız ölkədə əmin-amanlıq daim təmin edilsin. Əfsuslar olsun ki, Azərbaycan uzun müddətdir ki, erməni işğalından əziyyət çəkib, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulub. "

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb və bütün beynəlxalq hüquq normaları kobudcasına pozulub: "Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli, beynəlxalq hüquq normaları əsasında həll edilməsi həm bu ədalətsizliyə son qoyacaq, həm də eyni zamanda regional təhlükəsizliyə də töhfə olacaq".

Prezidentin sözlərinə görə, bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və bu gün qəbul olunacaq Birgə Bəyannamədə məhz bu prinsiplər öz əksini tapıb: "Buna görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm".

AzNews.az