DİN mitinqlə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi bu gün Bakıda keçirilən aksiyaya münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, aksiya insidentsiz ötüşüb: "Bu gün özlərini Demokratik Qüvvələrin Milli Şurasını adlandıran təşkilat Bayıldakı 20-ci sahədə yerləşən sürücülük məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Aksiya insidentsiz ötüşüb. Aksiyanın keçirildiyi zaman ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib".

AzNews.az