Avropa Parlamentinin deputatları həbsdə olan Gürcüstanın sabiq baş naziri Vano Merabişvili ilə görüşüb


Bu gün Gürcüstanda səfərdə olan Avropa Parlamentinin deputatları Tiflisdəki Matrosov həbsxanasında Gürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat partiyasının baş katibi Vano Merabişvili ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Xalq Partiyasının nümayəndələri məhbusa baş çəkiblər. Onlar mətbuata heç bir açıqlama verməyiblər. Məlumata görə, parlamentarilər 9 saylı cəzaçəkmə müəssisəsinə daxil olarkən polietilen torbalarda meyvə və tərəvəz aparıblar.

AzNews.az