Nazir MSK-dakı veb-kameralara baxış keçirəcək

Sabah Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov MSK-da yerləşən veb-kameralara texniki baxış mərkəzini ziyarət edəcək.

"Qafqazinfo" xəbər verir ki, adıçəkilən şəxslər seçki posesində İKT-dən istifadənin genişləndirilməsi ilə bağlı Prezident Sərəncamına uyğun görülmüş işlərlə tanış olacaqlar.

Qeyd edək ki, ziyarət saat 11:15-də baş tutacaq.

AzNews.az