Orxan Zeynalov həbsdə qaldı

Moskva şəhər məhkəməsi Yeqor Şerbakovun ölümündə ittiham olunan Orxan Zeynalov barədə çıxarılan həbs qətimkan tədbirini dəyişməyib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həbs qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Orxan Zeynalov barəsində dekabrın 10-na kimi həbs qətimkan tədbiri seçilib. Əgər onun cinayəti sübut olunarsa Zeynalovu ömürlük həbs gözləyə bilər.

Elnur
AzNews.az