Avtobus yük maşını ilə toqquşdu: 47 ölü, 15 yaralı

Toqoda avtobus yük maşını ilə toqquşub, nəticədə 47 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA-nın verdiyi xəbərə görə, qəza ölkənin paytaxtı Lome şəhərindən 185 km aralıda baş verib. Ölənlər arasında 15 nəfər Burkina Faso vətəndaşı, 1 nəfər nigeriyalı, qalanları isə yerli sakinlərdir.

Qeyd edək ki, 5,7 mln əhalisi olan Toqoda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri tez-tez baş verir. Bu ilin fevralında baş vermiş ağır yol qəzasında 18 nəfər ölüb, 40 nəfər isə xəsarət almışdı. Qəzalara səbəb yol infrastrukturunun bərbad vəziyyəti, sürət həddinin aşması, nəqliyyat vasitələrinin həddindən artıq yüklənməsi və avtomobillərə göstərilən texniki xidmətinin aşağı səviyyədə olmasıdır.

AzNews.az