Azərbaycanlı biznesmen öldürüldü - Rusiyada

Rusiyanın Volsk şəhərində azərbaycanlı biznesmen vəhşicəsinə öldürülüb. İyulun 18-də Rusiyada tanınmış iş adamı 55 yaşlı Ədilxan Alı oğlu Sərdarovun cəsədi avtomobilinin içində Volsk çayı sahilində tapılıb.

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, meyitin üzərində işgəncə və zorakılıq əlamətləri olub.

"Meyidə baxış keçirilib. Ə.Sərdarovun yaxınları onu tanıyıblar. Tibbi ekspertizadan sonra məlum olub ki, onun ölümünə başının sağ tərəfindən odlu silah vasitəsilə güllələnmə səbəb olub. Onun bədənində əzik izləri də müşahidə olunub".

Qeyd edək ki, Ədilxan Sərdarov Volskda fəaliyyət göstərən imkanlı iş adamlarından olub. Ailəlidir. Bir oğlu, bir qızı və bir nəvəsi var.
Volskdakı Azərbaycan diasporu sədrinin müavinin qardaşı olan Ə.Sərdarov aprel ayının 25-də özünün "VAZ 2106" markalı maşını ilə ofisindən çıxıb və o vaxtdan itkin düşüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az