• Hadisə
  • 8 Dekabr 2023 18:49
  •  3 322

Leo Dokerti: Azərbaycan və Ermənistanın birgə bəyanatı məni ruhlandırır

"Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyətlərini bir daha təsdiqləyən bəyanatı məni çox ruhlandırır".

Aznews.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti "X" hesabında bildirib.

"Hər iki ölkəyə son səfərim zamanı da vurğuladığım kimi, Böyük Britaniya onların tarixi və davamlı sülhə nail olmaq istiqamətində səylərini tam dəstəkləyir", - britaniyalı nazir vurğulayıb.