Dövlət Komissiyası: Onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var

İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı onlarla ərazidə qazıntı aparılması planlaşdırılır.

Bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, bu ilki plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə axtarış məqsədli qazıntılar davam etdiriləcək: “Bu qazıntılar işğaldan azad edilmiş bütün əraziləri əhatə edəcək. Bizdə onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var. Bu məlumatlar toplanaraq sistemləşdirilir".