- Qərb
- 14:24
- 912
Almaniya: "NATO-nun Hörmüz boğazında rolu yoxdur"
Almaniyanın xarici işlər naziri İohan Vadepul bazar ertəsi Brüsseldə verdiyi bəyanatda ölkəsinin Hörmüz boğazının blokadası məsələsində NATO müdafiə alyansı üçün hər hansı bir rol görmədiyini bildirib.
"Mən NATO-nun bu istiqamətdə hər hansı qərar qəbul etdiyini və ya Hörmüz boğazı üçün məsuliyyəti öz üzərinə götürə biləcəyini görmürəm. Əgər belə bir hal olsaydı, o zaman NATO qurumları bu məsələni müvafiq qaydada nəzərdən keçirərdilər", — deyə Vadepul Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl qeyd edib.
ABŞ Prezidenti Donald Tramp boğazın qorunmasına kömək etmək üçün avropalı müttəfiqlərinə təzyiqləri artırıb və xəbərdarlıq edib ki, əgər üzv ölkələr Vaşinqtonun köməyinə gəlməsələr, NATO-nu "çox pis" gələcək gözləyir.
Mövsüm,
AzNews.az