Almaniyada bir polşalı polis tərəfindən vurulub

Almaniyanın Dortmund şəhərində polis Polşa vətəndaşını güllələyib.

Bu barədə "Dziennik.pl" portalı məlumat yayıb.

Qeyd olunur ki, əlində dəmir çubuq olan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Polis əvvəlcə xəbardarlıqlar etsə də, buna nail ola bilməyib və odlu silahdan istifadə etməyə məcbur olub. Hadisə Müqəddəs Rinald kilsəsinin yaxınlığında baş verib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, orada ölüb.

Mövsüm

Aznews.az